XƏBƏR LENTİ

16 Sentyabr 2019
15 Sentyabr 2019
14 Sentyabr 2019

Digər Xəbərlər

26 İyun 2019 - 19:27

Prokurorluq:"Notr-Dam kilsəsi qəsdən yandırılmayıb"

Paris Notr-Dam kilsəsiniin qəsdən yandırılmasını düşünmək üçün əsas yoxdur.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bunu araşdırmanın ilkin nəticələrinə istinadla Paris prokurorluğunun nümayəndəsi deyib.

Nümayəndə bildirib: “Heç bir element kilsənin qəsdən yandırıldığını göstərmir”.

Qeyd edək ki, aprelin 15-i Fransanın paytaxtı Parisin Notr-Dam kilsəsində güclü yanğın olub. Nəticədə kilsə üzərindəki qüllənin bir hissəsi aşıb, məbədin saatı yanaraq məhv olub. Yanğının söndürülməsində yüzlərlə yanğınsöndürən iştirak edib. Binanın böyük hissəsi dağılıb.

Fransa Prezidenti Emmanuel Makron kilsənin bərpa edilərək yenidən əvvəlki vəziyyətə qaytaracaqlarına söz verib.