XƏBƏR LENTİ

21 İyul 2019
20 İyul 2019
19 İyul 2019

Digər Xəbərlər

27 İyun 2019 - 18:04

Rusiyaya qarşı iqtisadi sanksiyaların müddəti uzadıldı –Yarım il

Avropa İttifaqı (Aİ) rəsmi olaraq Rusiyaya qarşı müddəti iyul ayının 31-də başa çatacaq iqtisadi sanksiyaları altı aylığa uzadıb.

TASS xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının bəyanatında deyilir.

Sənəddə qeyd olunur ki, bu qərar iyunun 20-21-də keçirilmiş Aİ sammitində Rusiyaya qarşı sanksiyaların tətbiqinə səbəb olan Ukraynadakı münaqişənin həlli ilə bağlı Minsk razılaşmalarının həyata keçirilməsi məsələsinin müzakirəsindən sonra qəbul olunub.

Xatırladaq ki, Aİ Rusiyaya qarşı sanksiyaların tətbiqinə 2014-cü ildə başlayıb. Məhdudlaşdırıcı tədbirlər dəfələrlə genişləndirilib və uzadılıb. Vizasız rejim və əməkdaşlıqla bağlı yeni baza razılaşması barədə müzakirələr dayandırılıb, Rusiya rəsmiləri üçün Aİ ölkələrinə girişə qadağa qoyulub və onların aktivləri dondurulub, ticarət, maliyyə və hərbi xarakterli məhdudlaşdırıcı tədbirlər tətbiq edilib/Report.