XƏBƏR LENTİ

18 İyul 2019
17 İyul 2019

Digər Xəbərlər

11 İyul 2019 - 13:47

Yunanıstanda fövqəladə vəziyyət elan edildi –Qasırğaya görə

Yunanıstanın şimalındakı Xalkidiki yarımadasında kəskin hava şəraitinin səbəb olduğu fəsadlarla əlaqədar fövqəladə vəziyyət elan edilib.

Trend-in məlumatına görə, bölgədə ötən gecə tüğyan etmiş qasırğa altı nəfərin ölümünə səbəb olub. Bir nəfər itkin düşüb, yüzə yaxın şəxs xəsarət alıb.

Qasırğa nəticəsində çox sayda ağac qırılıb, yaşayış evləri dağılıb.

Yunanıstan hökumətinin nümayəndələri bölgəyə səfər ediblər. Hazırda qasırğanın fəsadlarının aradan qaldırılması davam edir. /Trend