XƏBƏR LENTİ

18 İyul 2019
17 İyul 2019

Digər Xəbərlər

11 İyul 2019 - 18:59

Avropa Məhkəməsindən gözlənilməz qərar:Yanukoviç və komandasına tətbiq olunan sanksiya ləğv olundu

Avropa İttifaqı Məhkəməsi Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və komandasına tətbiq etdiyi sanksiyanı ləğv edib.

Bu barədə məhkəmənin Mətbuat xidməti bildirib.

Bildirilib ki, qərar 2016-2018-ci illərdə tətbiq edilən məhdudiyyətlərə aid edilir.

Bu siyahıya Ukraynanın keçmiş vergilər və gəlirlər naziri Aleksandr Klimenko, Milli Bankın keçmiş başçısı Sergey Arbuzov, keçmiş baş prokuror Viktor Pşonka və oğlu Artyom, Yanukoviçin prezidentliyi dövründə administrasiyanın başçısı Andrey Klyuev, eləcə də keçmiş prezidentin oğlu Aleksandr Yanukoviç daxildir.

Qeyd edək ki, V.Yanukoviç 2010-2014-cü illərdə Ukraynanın prezidenti olub. 2014-cü ildə etiraz aksiyalarının tələbi ilə istefa verib. Ukraynada ona qarşı bir neçə məsələ üzrə cinayət işi başlayıb.