XƏBƏR LENTİ

14 Oktyabr 2019
13 Oktyabr 2019
12 Oktyabr 2019

Digər Xəbərlər

12 İyul 2019 - 12:00

Venesuela hökuməti müxalifətlə razılığa gəlib –Açıqlama

Venesuela hökuməti və müxalifət Barbodas danışıqlarında sülh haqqında daimi dialoqu dəstəkləmək barədə razılığa gəlib.

Bu barədə Venesuelanın Miranda ştatının qubernatoru Ektor Rodriqes bildirib.

“Biz sülh naminə daimi dialoq qurmaq üçün razılığa gəldik və ölkədə sülhün təmin edilməsi üçün birgə işləməklə bağlı hazır olduğunuzu bildirdik”, – deyə Rodriqes dövlət televiziyasındakı çıxışı zamanı vurğulayıb.

Eyni zamanda, prezident Nikolas Maduro danışıqlar prosesinin təfərrüatları barədə açıqlama verməkdən boyun qaçırıb.

“Bizim müzakirə olunan konkret mövzularla bağlı müxalifətlə və vasitiəçi Norveç hökuməti ilə razılığımız var. Ümumilikdə altı belə mövzu mövcuddur”, – Maduro belə deyib.

Qeyd edək ki, Barbados danışıqları iyulun 8-də başlayıb. Buna qədər N.Maduro görüşün nəticələrinə dair öz nikbinliyini dilə gətirmişdi/APA.