XƏBƏR LENTİ

18 İyul 2019
17 İyul 2019

Digər Xəbərlər

12 İyul 2019 - 14:30

“Huawei” şirkəti ABŞ-a çağırış etdi:"İxrac məhdudiyyətlərini aradan qaldırın"

“Huawei” şirkətinin Direktorlar Şurasının sədri Lyan Hua şirkətin ABŞ-ın “qara siyahı”sında olmasını ədalətsizlik adlandırıb və ABŞ-ı ixrac məhdudiyyətlərini aradan qaldırmağa çağırıb.

Bu barədə “Report” RT-yə istinadən xəbər verir.

O, bu barədə ABŞ Prezidenti Donald Trampın Amerika şirkətlərinə təhdid olmadığı halda “Huawei” şirkətinin avadanlığını satmağa icazə vermək niyyəti barədə bəyanatını  şərh edərkən bildirib.

Lyan Huanın sözlərinə görə, hələlik heç bir ciddi dəyişiklik baş verməyib. O, şirkətin mövqeyinin bütün məhdudiyyətlərin tamamilə ləğv edilməsi olduğunu vurğulayıb.