XƏBƏR LENTİ

23 Avqust 2019
22 Avqust 2019

Digər Xəbərlər

15 İyul 2019 - 16:44

Evli qadınların 28 faizi uşaqdır –Əfqanıstanda erkən nikahlar

Əfqanıstanda evli qadınların 28 faizi uşaqlıq yaşındadır.

Strateq.az “İRNA”ya istinadla xəbər verir ki, bunu ölkənin vitse-prezidenti Sərvər Daniş bildirib. Onun sözlərinə görə, ölkədə əksər qadınlar 18 yaşına çatmamış nikaha cəlb olunurlar.

Əfqanıstanda qadınlara qarşı zorakılıq etnik və sosial şəraitdən irəli gəlir. Bunu hökumət səlahiyyətliləri də etiraf edirlər.

Erkən nikahların sayındakı artımı Qadın İşlər üzrə Nazirlik də təsdiqləyib.

Ötən ay açıqlanmış “Əfqanıstan qadınlara qarşı zorakılığın aradan qaldırılması” hesabatına əsasən, təkcə bu ilin birinci rübündə qadınlar əleyhinə 106 zorakılıq aktı qeydə alınıb. Bu, əvvəlki illərlə müqayisədə ikiqat artım deməkdir.