XƏBƏR LENTİ

15 Oktyabr 2019
14 Oktyabr 2019

Digər Xəbərlər

15 İyul 2019 - 19:02

Növbədənkənar parlament seçkilərini 1700-dən çox xarici müşahidəçi izləyəcək- Ukraynada

Ukraynada keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı müşahidəçilərin qeydiyyat müddəti bu gün başa çatıb.

Azərtac Ukrayna Mərkəzi Seçki Komissiyasının saytına istinadla xəbər verir ki, növbədənkənar parlament seçkilərində 1719 xarici müşahidəçi qeydə alınıb. Bunlardan 1602-si beynəlxalq təşkilatların nümayəndələri, 117-si isə 12 xarici ölkədəndir. Ən çox xarici müşahidəçi ABŞ-dan qeydə alınıb – 42 nəfər.

Xatırladaq ki, Ukraynada növbədənkənar parlament seçkiləri iyulun 21-də keçiriləcək.