XƏBƏR LENTİ

23 Avqust 2019
22 Avqust 2019

Digər Xəbərlər

15 İyul 2019 - 19:31

Avropa İttifaqı Moldovaya maliyyə yardımı ayıracaq- 15 milyon avro

Avropa İttifaqı Moldova hökumətinə maliyyə yardımını bərpa edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Hann bu gün Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirləri Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı yaxın günlərdə Moldovaya təxminən 15 milyon avro ayıracaq. O bildirib ki, bu, Avropa İttifaqının Moldova xalqını dəstəkləməsinə aydın siqnaldır.