XƏBƏR LENTİ

18 Avqust 2019
17 Avqust 2019

Digər Xəbərlər

15 İyul 2019 - 21:11

Saakaşvili Moldovanın Baş Naziri postundan imtina etdi:"Mən dəvət əsasında çalışan baş nazir deyiləm"

Gürcüstanın eks-prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Moldova Baş Naziri Maya Sandunun Kişinyovdakı “islahatçılar komandasına başçılıq etmək” təklifindən imtina edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, o bunu canlı yayım zamanı bəyan edib.

“Hələ onun sələfi və onun bəzi yoldaşları da mənə, hətta Moldovanın Baş Naziri olmağı belə təklif etmişdilər. Mən bu təklifə belə cavab verdim ki, mən dəvət əsasında çalışan Baş Nazir deyiləm. Moldovanlara hörmət edirəm, lakin mən oğrularla elə yaşadığım yerdə mübarizə aparacağam”, – o qeyd edib.

M.Saakaşvili deyib ki, “onun komandasından olan uşaqlar”, həqiqətən də, Kişinyova gedə bilərlər, lakin o, Kiyevdə qalaraq, Ukraynadakı siyasi mübarizədə iştirak etməyi üstün tutur.