XƏBƏR LENTİ

18 Avqust 2019
17 Avqust 2019

Digər Xəbərlər

16 İyul 2019 - 00:18

Türkiyə parlamentində xüsusi iclas keçirilib- 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə əlaqədar

Türkiyə Böyük Millət Məclisində 15 İyul – Demokratiya və Milli Birlik Günü ilə əlaqədar xüsusi iclas keçirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən iclasda Azərbaycanı Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və deputat Dilarə Cəbrayılovadan ibarət parlament heyəti təmsil edib.

Əvvəlcə Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun çıxışı dinlənilib. FETÖ terror təşkilatının hərbi yolla həyata keçirdiyi çevriliş cəhdini xalqa və dövlətə qarşı xəyanət kimi dəyərləndirən TBMM-in Sədri əminliklə deyib ki, Türkiyə xalqı bundan sonra da dövlətini qorumaq və inkişaf etdirmək üçün öz həmrəyliyini saxlayacaqdır.

Sonra parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri 15 İyul – Demokratiya və Milli Birlik Günü ilə bağlı fikir və mülahizələrini bölüşüblər.

Azərbaycan heyəti Prezidentin Administrasiyasında keçirilən anım tədbirində, oradakı məsciddə şəhidlərə dua oxunuşunda, FETÖ-nün dövlət çevrilişinin acı nəticələrini əks etdirən Türkiyə parlamentində təşkil olunan fotoqalereyaya baxışda, həmçinin 2016-cı il iyulun 15-də dövlət çevrilişi cəhdi zamanı bombalanaraq dağıdılan Ankara Polis İdarəsinin yeni binasının açılışında iştirak edib.

Prezident Rəcəb Tayyib Ərdoğan Ankara Polis İdarəsinin yeni binasının açılışında çıxış edib(azərtac).