XƏBƏR LENTİ

16 Dekabr 2019
15 Dekabr 2019
14 Dekabr 2019

Digər Xəbərlər

18 İyul 2019 - 10:30

Pentaqon nümayəndəsi:Meksika ilə sərhədə daha 2 min hərbçi göndərdik

Pentaqonun rəhbərliyi Meksika ilə sərhədə əlavə hərbi kontingentin göndərilməsi barədə sorğunu qəbul edib.

Bu barədə “Reuters” agentliyinə Pentaqonun nümayəndəsi Kris Mitçell deyib.

K.Mitçelin sözlərinə görə, Pentaqon rəhbərinin vəzifəsini müvəqqəti icra edən Riçard Spenser Meksika ilə sərhədə 1000 Milli Qvardiya üzvü və 1,1 min hərbçinin göndərilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, hazırda Meksika ilə sərhəddə 4,5 minə yaxın ABŞ hərbçisi var. /Trend