XƏBƏR LENTİ

23 Avqust 2019
22 Avqust 2019

Digər Xəbərlər

18 İyul 2019 - 23:22

Gürcüstanın müxalif televiziyasının kollektivi yeni direktoru narazılıqla qarşılayıb

Gürcüstanın müxalif “Rustavi 2” televiziyasının yeni direktoru Paata Salia kanalın yerləşdiyi binaya baş çəkib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, o, jurnalistlərə televiziyada kadr dəyişikliklərinin planlaşdırılmadığını bildirib.

P.Salia həmçinin “Rustavi 2”nin redaksiya siyasətinə müdaxilə etməyəcəyini də deyib.

Yeni rəhbər baş direktor vəzifəsindən azad olunan Nika Qvaramia ilə görüşüb. Qısa vaxt ərzində davam edən görüşdə N.Qvaramia P.Salianı kollaborasionist adlandırıb: “Sizin kollaborasionizminiz mənim üçün tamamilə qəbuledilməzdir”.

P.Salia daha sonra “Rustavi 2”nin jurnalistləri ilə söhbət edib. Yeni direktoru narazılıqla qarşılayan jurnalsitlər ondan redaksiya azadlığının qorunmasını tələb ediblər.

Qeyd edək ki, bu gün Gürcüstan Ədliyyə Nazirliyinin İctimai Reyestri biznesmen Kibar Xalvaşini müxalif “Rustavi 2” televiziya kanalının sahibi kimi qeydiyyata alıb. “Rustavi 2 yayım şirkəti” MMC-nin toplantısında qəbul olunan qərara əsasən, N.Qvaramia kanalın baş direktoru vəzifəsindən azad olunub, onun yerina P.Salia təyin edilib.