XƏBƏR LENTİ

07 Dekabr 2019
06 Dekabr 2019

Digər Xəbərlər

20 İyul 2019 - 11:53

Lukaşenko 6 min məhkumu əfv edib- Fərman imzalayıb

Belarus prezidenti Aleksandr Lukaşenko Belarusun faşist Almaniyasının işğalından azad olunmasının 75 illik yubileyi ilə əlaqədar olaraq təxminən 6 min məhkumun əfv olunması barədə fərman imzalayıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Sənədə əsasən, amnistiya ağır və xüsusilə ağır cinayətlər törətməyən şəxslərə şamil edilir. Əfv fərmanı yetkinlik yaşına çatmamış uşaqlara, hamilə qadınlara, qadınlara, himayəsində 18 yaşa qədər uşaq olan kişilərə, pensiya yaşına çatmış şəxslərə, I və II qrup əlilliyi, onkoloji xəstəlikləri olan şəxslərə, müharibə veteranlarına, xidmət dövründə yaralanmış, Çernobıl qəzasından zərər çəkən şəxslərə tətbiq olunacaq.