XƏBƏR LENTİ

23 Avqust 2019
22 Avqust 2019

Digər Xəbərlər

20 İyul 2019 - 17:56

İran Britaniya neft tankerinin saxlanmasının səbəbini açıqladı

Britaniyanın “Stena İmpero” neft tankeri Fars körfəzində hərəkət edərkən İranın bir balıqçı gəmisi ilə toqquşub və bunun səbəbləri araşdırılmalı idi.

Trend-in məlumatına görə, bunu İranın Hörmüzqan vilayəti Limanlar və Dənizçilik İdarəsinin baş direktoru Allahmurad Əfifipur deyib.

A.Əfifipurun sözlərinə görə, İranın balıqçı gəmisi toqquşmadan sonra Britaniya gəmisi ilə əlaqə qurmaq istəsələr də, qarşı tərəfdən cavab ala bilməyib.

İdarə rəsmisi əlavə edib ki, hadisə haqda İranın Silahlı Qüvvələrinə məlumat verilib və onlar Britaniya gəmisini Bəndər Abbas limanına doğru istiqamətləndiriblər.

Gəminin 23 nəfərlik ekipaj heyətinin 18 nəfəri Hindistan vətəndaşı, 5 nəfəri isə Rusiya, Filippin, Latviya və digər ölkələrdəndir.

A.Əfifipur hazırda ekipaj heyətinin gəmidə olduğunu bildirib.