XƏBƏR LENTİ

18 Avqust 2019
17 Avqust 2019

Digər Xəbərlər

20 İyul 2019 - 18:46

Qazaxıstanda poliqonda partlayış olub- Yaralananlar var

Qazaxıstanda hərbi təlim meydanında partlayış olub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, qumbaranın partlaması nəticəsində 2 hərbi qulluqçu yaralanıb. Nazirliyin məlumatına görə, hadisə ilə bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır.

“Ərazidə hərbi hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət operativ istintaq qrupu işləyir. Hadisənin başvermə şəraiti müəyyənləşdirilir. İlkin versiyaya görə, hərbi qulluqçular təhlükəsizlik qaydalarını pozmaları nəticəsində xəsarət alıblar”, – deyə nazirlikdən bildirilib.