XƏBƏR LENTİ

12 Dekabr 2019
11 Dekabr 2019

Digər Xəbərlər

20 İyul 2019 - 19:04

Moskvanın mərkəzində mitinq keçirilir- On mindən çox insan iştirak edir

Moskva Şəhər Dumasına qarşıdan gələn seçkilərə etiraz olaraq Rusiya paytaxtının Akademik Saxarov prospektində mitinq keçirilir.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, mitinqə 12 minə yaxın insan qatılıb. İctimai təhlükəsizliyin təmin olunması polis və Milli Qvardiya Qoşunlarına həvalə edilib.

Bundan öncə mitinq təşkilatçıları polisi iştirakçıların tədbirə qatılmasında maneə törətdiyində günahlandırıblar. Öz növbəsinə Rusiyanın Daxili İşlər Nazirliyi bu məlumatı təkzib edib və bildirib ki, mitinq iştirakçıları sadəcə meydana daxil olmamışdan öncə yoxlanılır.