XƏBƏR LENTİ

07 Dekabr 2019
06 Dekabr 2019

Digər Xəbərlər

20 İyul 2019 - 23:36

Pompeo Çavuşoğluna “S-400” sazişindən məyusluğunu bildirib

ABŞ-ın dövlət katibi Mayk Pompeo Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə söhbətində Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri alması üzrə sazişdən məyus olduğunu bildirib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqusun yazılı bəyanatında bildirilir.

“Dövlət katibi Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasından məyusluğunu ifadə edib”, – deyə Morqan Ortaqusun yazılı bəyanatında bildirilir.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Mövlud Çavuşoğlu və Maykl Pompeo “F-35” qırıcıları ilə bağlı proqramından, “S-400” zenit–raket kompleksinin tədarükündən, Suriyadakı vəziyyətdən, Münbicin şimalından terrorçu PKK/YPG-PYD qruplaşmasının çıxarılmasından, İdlibdə atəşkəsin pozulmasından və Suriyada təhlükəsizlik bölgəsinin yaradılmasından da danışıblar.