XƏBƏR LENTİ

23 Avqust 2019
22 Avqust 2019

Digər Xəbərlər

21 İyul 2019 - 12:00

Merkel:"Almaniyanın müdafiə xərcləri artırılacaq"

Almaniya kansleri Angela Merkel ölkəsinin müdafiə xərclərinin artırılacağını bəyan edib.

A. Merkel Berlində hərbçilər qarşısında çıxışında deyib ki, Müdafiə Nazirliyinə vəzifələrini yerinə yetirməsi üçün daha böyük dəstək verilməsi tələb olunur.

Kansler Almaniyanın müdafiə xərclərinin artıq artırıldığını və gələcəkdə də artırılacağını bildirib: “Bu, bizim əsgərlərimiz qarşısında borcumuzdur. Bu, həm də bizim BMT, NATO və Avropa İttifaqı qarşısında borcumuzdur”.

Qeyd edək ki, bundan əvvəl Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer Silahlı Qüvvələrə ayrılan vəsaitin artırılmasını tələb edib. Müdafiə naziri NATO-nun üzv ölkələr qarşısında müdafiə xərclərini ümumdaxili məhsulun (ÜDM) 2 faizi həcminə qaldırmaq məqsədini qoyduğunu, lakin Almaniyanın 2020-ci il büdcə layihəsində müdafiə xərclərinin ÜDM-in 1,37 faizi həcmində nəzərdə tutulduğunu açıqlayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə Almaniyanı müdafiə xərclərini artırmadığı üçün tənqid edib. /APA