XƏBƏR LENTİ

18 Avqust 2019
17 Avqust 2019

Digər Xəbərlər

22 İyul 2019 - 11:00

Netanyahu rekord vurdu –İsrail tarixində ən uzun müddətli Baş nazir

Benyamin Netanyahu İsrailin Baş naziri vəzifəsində fəaliyyət müddətinə görə rekord müəyyənləşdirib.

B.Netanyahu 2009-cu il martın 31-dən İsrail hökumətinə başçılıq edir.

O, ilk dəfə 1996-1999-cu illərdə Baş nazir vəzifəsində çalışıb.

ABŞ Prezidenti Donald Tramp onu bu nailiyyət münasibətilə “Twitter” səhifəsində təbrik edib:

“İsrail tarixində Baş nazir postunda ən uzun müddət çalışdığına görə təbriklər, Netanyahu. İsrail Sizin rəhbərliyiniz altında dünya səviyyəli iqtisadiyyata malik ölkəyə çevrilib”. /APA