XƏBƏR LENTİ

24 Avqust 2019
23 Avqust 2019

Digər Xəbərlər

12 Avqust 2019 - 14:07

İlin I yarısında “Petkim”ə qoyulan investisiya –237 milyon lirə

Bu ilin I yarısında Türkiyənin ilk və yeganə neft-kimya istehsalçısı olan “Petkim” neft-kimya kompleksinə 237 mln. Türkiyə lirəsi məbləğində investisiya qoyulub.

Bu barədə “Petkim Holding”in hesabatında deyilir.

Bildirilib ki, bu il həyata keçiriləcək investisiyalar fabriklərin modernizasiyası, texnoloji inkişaf, enerji səmərəliliyi və ətraf mühitlə bağlı sərmayələrdir.

İlin I yarısında Ar-Ge mərkəzindəki (araşdırma və inkişaf) layihələrə 4,5 mln. lirə vəsait sərf olunub.

Qeyd edək ki, “Petkim Holding” 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. (report)