XƏBƏR LENTİ

24 Avqust 2019
23 Avqust 2019

Digər Xəbərlər

12 Avqust 2019 - 15:12

“Petkim” satışını artırıb –22%

Bu ilin I yarısında Türkiyənin ilk və yeganə neft-kimya istehsalçısı olan “Petkim” neft-kimya kompleksində 1 681,831 min ton məhsul istehsal olunub.

Hesabat dövründə satış miqdarı 1 167,325 min ton təşkil edib.

Bu barədə “Petkim Holding”in hesabatında deyilir.

Bu ilin I yarısında “Petkim”də istehsalın həcmi ötən ilin müvafiq dövründən 10,5%, satış miqdarı isə 21,6% artıb.

Hesabat dövründə istehsal gücündən istifadə göstəricisi 95,6% olub. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 86% təşkil edib.

Qeyd edək ki, “Petkim Holding” 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. “Petkim”in illik istehsal həcmi 2 mln. ton təşkil edir. (Report)