XƏBƏR LENTİ

19 Sentyabr 2019
18 Sentyabr 2019

Digər Xəbərlər

13 Avqust 2019 - 12:33

Venesuela prezidenti yeni nazirlər təyin edib- Ölkədə yeni nazirlik də yaradılıb

Venesuela prezidenti Nikolas Maduro yeni nazirlər təyin edib.

APA-nın xəbərinə görə, bu barədə Venesuela prezidenti “Twitter” səhifəsində yazıb. Ölkənin Kənd Təssərüfatı, Ekoloji Mədən İnkişafı, Qadınlar və Gender Bərabərliyi, Təhsil, Ekososializm, Sosial İşlər Nazirliklərinə yeni rəhbərlər təyin edilib.

Nikolas Maduronun digər qərarına əsasən ölkədə yeni bir nazirlik – Turizm və Xarici Ticarət Nazirliyi də yaradılıb.

Venesuela prezidenti bu təyinatların ölkənin inkişafı naminə yeniləmə və dəyişiklik prosesinin bir hissəsi olduğunu qeyd edib.