XƏBƏR LENTİ

15 Oktyabr 2019
14 Oktyabr 2019

Digər Xəbərlər

13 Avqust 2019 - 23:54

Merkel:"Növbəti seçkilərdən sonra aktiv siyasətlə məşğul olmayacam"

Almaniya kansleri Angela Merkel 2021-ci ildə keçiriləcək növbəti Bundestaq seçkilərindən sonra aktiv siyasi fəaliyyətlə məşğul olmayacağını deyib.

“TASS” xəbbər verir ki, xanım kansler bu barədə Almaniyanın şimalındakı Ştralsund şəhərində “Ostsee-Zeitung” qəzetinin oxucuları ilə görüşündə deyib.

O qeyd edib ki, artıq aktiv siyasətlə məşqul olmaq istəyində deyil: “Əlbəttə, mən siyasi şəxs olaraq qalacağam, amma aktiv siyasi fəaliyyətlə məşğul olmayacağam”.

Merkel əlavə edib ki, siyasətdən uzaqlaşması o demək deyil ki, bu, Avropa Birliyi səviyyəsində də olacaq.

Qeyd edək ki, Angela Merkel 2018-ci ilin sonunda Xristian Demokrat Birliyinin sədri vəzifəsindən istefa vermişdi, ancaq kansler olaraq qaldı. Dediyinə görə, dördüncü müddətini sonuna qədər – 2021-ci ilə qədər bitirmək niyyətindədir/APA.