XƏBƏR LENTİ

14 Oktyabr 2019
13 Oktyabr 2019
12 Oktyabr 2019

Digər Xəbərlər

14 Avqust 2019 - 10:09

Poroşenko yalan detektorundan keçəcək –Məhkəmə qərar verib

Kiyev məhkəməsi hakimiyyətə keçmiş prezident Petro Poroşenkonu vergidən yayınma işi üzrə yalan detektorundan keçirməyə icazə verib.

Açıqlamanı Dövlət Təhqiqatlar Bürosunun (DBR) mətbuat xidmətinin rəhbəri Anjelika İvanova Interfax agentliyinə verib.

Anjelika İvanova deyib ki, Kiyev Peçersk Rayon Məhkəməsinin qərarı yalnız Poroşenkonun razılığı ilə yerinə yetirilə bilər.

Keçmiş prezident isə avqustun 12-də jurnalistlərə bildirib ki, poliqrafın suallarını yalnız “Pryamoy” telekanalının studiyasında cavablandırmağa hazırdır.

Bu ilin əvvəlində təkrar prezident seçilməyə çalışan Poroşenkonu Pryamiy kanalı geniş işıqlandırırdı, yerli media onun bu telekanalın sahibi olduğunu yazırdı.

“DBR və onun rəhbərliyinə inanmıram. Təhqiqatçıların obyektiv və qərəzsiz olmasına inanmıram… Poliqrafın testindən Pryamiy kanalının canlı efirində keçməyə hazıram”, – keçmiş prezident vurğulayıb.

Poroşenko elə həmin brifinqdə kanalın sahibi olmadığını bildirib.

Son həftələr ərzində DBR Poroşenkonu iki dəfə – “Pryamoy” telekanalının satılması və bu tranzaksiya zamanı iddia olunan vergidən yayınma üzrə şahid kimi dindirib.

Telekanalın sahibi keçmiş prezident Viktor Yanukoviçin rusiyapərəst Regionlar Partiyasından keçmiş deputat Vladimir Makeyenkodur. (azadliq.org)