XƏBƏR LENTİ

19 Sentyabr 2019
18 Sentyabr 2019

Digər Xəbərlər

14 Avqust 2019 - 13:02

Honq Konq aeroportunda uçuşlar bərpa olunub –Bəzi reyslər ləngiyir

Ötən gecəki qarışıqlıqdan – demokratiya tələb edən etirazçılarla polisin toqquşmasından sonra Honq Konq aeroportunda əməliyyatlar bərpa olunub.

Avqustun 14-də səhər uçuşlar cədvəl üzrə davam edib, bəziləri isə hələ də təxirə salınıb.

Avqustun 13-də dünyanın ən məşğul aeroportlarından olan bu hava limanında etirazçılar Çinin gizli agenti olmasından şübhələndikləri iki nəfəri döyüb.

Çin hökumətinin Honq Konq və Makau İşlər İdarəsi nümayişçilərin “terrorçuları xatırladan hərəkətlərini” pisləyib, yerli hakimiyyətin məsuliyyət daşıyanları sərt cəzalandırmasına dəstək ifadə edib.

Etirazlar ilkin olaraq Honq Konqdan şübhəlilərin Çinə ekstradisiyasını nəzərdə tutan qanun layihəsinə qarşı başlayıb. Sonradan etirazçılar Lam-ın istefasını, birbaşa seçkilər, mövcud parlamentin buraxılmasını, iddia olunan polis zorakılığının araşdırılmasını tələb ediblər.

Honq Konq Çinin bir hissəsidir, ancaq onun digər regionlarından daha böyük muxtariyyəti var. (azadliq.org)