XƏBƏR LENTİ

24 Avqust 2019
23 Avqust 2019

Digər Xəbərlər

14 Avqust 2019 - 14:39

“İran nüvə sazişi ilə bağlı öhdəliklərini ixtisar etmək niyyətindədir” –Həsən Ruhani

“İran hökuməti nüvə sazişinin başqa iştirakçı ölkələr tərəfindən əməl olunması ilə bağlı vəziyyət dəyişməsə, öz öhdəliklərini ixtisar etmək istiqamətində üçüncü addım atmağa hazırdır”.

“Report” xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani bildirib.

“Öhdəliklərimizi yerinə yetirməyi ixtisar etməyimizə gəlincə, bu məsələdə mövqeyimiz əvvəlki kimidir. Təyin etdiyimiz 60 günlük müddət ərzində nəticə olmasa, mütləq üçüncü mərhələyə keçəcəyik”, – İran prezidentinin rəsmi saytında yerləşdirilən bəyanatda qeyd olunur.

Bəyanatda bundan sonra məsələnin həllinin tapılması üçün İranın daha 60 günlük müddət təyin edəcəyi də göstərilir.