XƏBƏR LENTİ

16 Sentyabr 2019
15 Sentyabr 2019
14 Sentyabr 2019

Digər Xəbərlər

14 Avqust 2019 - 19:03

Merkel Rusiyanı günahlandırıb- Orta və yaxınmənzilli raketlərin ləvğinə dair müqavilənin pozulmasında

Almaniya kansleri Angela Merkel orta və yaxınmənzilli raketlərin ləğvinə dair müqavilənin pozulmasında Rusiyanı günahlandırıb.

APA-nın “RİA Novosti”yə istinadən xəbər verir ki, Angela Merkel Berlində keçirilən mətbuat konfransında Rusiyanın müqaviləni pozmasına görə təəssüf etdiyini bildirib.

“Təəssüf ki, bu, razılaşmanın sonu oldu. Silahların məhdudlaşdırılması istiqamətində NATO-dakı tərəfdaşlarımızla birlikdə bundan sonra da əlimizdən gələni edəcək və qarşıdakı illərdə bu siyasəti davam etdirəcəyik”, – deyə Almaniya kansleri qeyd edib.

Merkelin sözlərinə görə, müqavilənin ləğvi ilə əlaqədar NATO-da ortaq bir məxrəcə gəlinəcək və rəsmi Berlin bu məsələdə NATO tərəfdaşı kimi davranacaq.

Xatırladaq ki, orta və yaxın mənzilli raketlərin ləğv edilməsi üzrə müqavilə 1987-ci ildə ABŞ və SSRİ arasında imzalanıb.

2014-cü ildə ABŞ Rusiyanı müqaviləni pozmaqda ittiham edib.

2018-ci ilin oktyabrında ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun bu razılaşmadan geri çəkildiyini bildirib.

Bu ilin iyul ayında isə Rusiya orta və yaxın mənzilli raketlərin ləğvi müqaviləsindən çıxıb. Rusiya Prezidenti Vladimir Putin bununla bağlı federal qanunu imzalayıb.

Avqustun 2-də isə ABŞ-ın orta və yaxın mənzilli raketlərin ləğvi ilə bağlı müqavilədən çıxması prosesi başa çatıb.