XƏBƏR LENTİ

20 Noyabr 2019
19 Noyabr 2019

Digər Xəbərlər

14 Avqust 2019 - 21:32

Trampın dəstək verdiyi repçi təqsirli bilinib- Məhkəmə qərar verdi

İsveç məhkəməsi Amerika reperi A$AP Rocky-ni adam döyməkdə təqsirli bilib.

Azərtac xəbər verir ki, bu barədə məlumatı “TheLocal.se” yayıb. Məlumatda deyilir ki, artistin bu insidentdə iştirak edən iki dostu barəsində də hökm çıxarılıb.

Bildirilir ki, onlara şərti cəza kəsilib. Bu isə o deməkdir ki, A$AP Rocky və dostları cəzalarını çəkmək üçün İsveçə qayıtmalı olmayacaqlar.

Daha əvvəl verdiyimiz xəbərə görə, ABŞ Prezidenti Donald Trampın tapşırığı ilə girovların işləri üzrə xüsusi nümayəndə Robert O`Brayen reper A$AP Rocky-nin məhkəməsində iştirak etmək üçün Stokholma yollanıb. İsveç məhkəməsinin qərarına görə, reper və dostları həbsdən azad edilib.

Məhkəmənin qəti qərarı bu gün qəbul edilib.