XƏBƏR LENTİ

20 Sentyabr 2019
19 Sentyabr 2019

Digər Xəbərlər

14 Avqust 2019 - 23:22

Honkonqda etirazlar davam edir- Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

Honkonq polisi Samseypou rayonunda polis bölməsinin qarşısında toplaşmış nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

APA “RIA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilir ki, yüzlərlə nümayişçi burada “ac ruhlar” festivalı ilə əlaqədar rəsmi şəxslərin təsviri olan kağız pullar yandırıblar. Onlardan bəziləri isə polis bölməsi binasının pəncərələrinə lazerlərlə işıq salıblar. Bunun cavabında polis əməkdaşları küçəyə çıxaraq onların dağıdılması üçün əməliyyata başlayacaqları barədə xəbərdarlıq ediblər. Nümayişçilər xəbərdarlığa məhəl qoymadıqda polis onlara qarşı gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, Honkonqda kütləvi etiraz aksiyaları iyun ayında ekstradisiya haqqında qanun layihəsinə baxış keçirilən zaman başlayıb.