XƏBƏR LENTİ

21 Sentyabr 2019
20 Sentyabr 2019

Digər Xəbərlər

17 Avqust 2019 - 11:54

“Rustavi 2″nin keçmiş baş direktoru yeni kanal təsis edib

Gürcüstanın müxalif “Rustavi 2” telekanalının keçmiş baş direktoru Nika Gvaramia yeni telekanalın əsasını qoyub.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə N.Qvaramia özünün sosial şəbəkə hesabında məlumat verib.

Telekanalın ictimai reyestr sənədini dərc edən sabiq baş direktor bildirib ki, yeni televiziya şirkətinin 51%-i özünə, 49%-i Kaxaber Anjaparidzeyə məxsusdur. Sənədə görə, kanalın baş direktoru Nika Qvaramia, maliyyə direktoru İrakli Nizharadze, direktorları Dimitri Sadzaqlishvili və Tamta Muradashvilidir: “Beləliklə, “Kanal 1″ yaradıldı. Mən nəzarət səhminin sahibi və rəhbəriyəm. Tezliklə sərmayəçilər, bina və tezlik haqqında məlumat alacaqsınız”.