XƏBƏR LENTİ

17 Sentyabr 2019

Digər Xəbərlər

18 Avqust 2019 - 12:30

London məhkəməsinin qərarı:Nigeriya büdcəsinin üçdə birini bu şirkətə ödəməlidir

Nigeriya hökuməti Britaniyanın “Process & Industrial Development Limited” (P&ID) şirkətinə yerinə yetirilməmiş müqaviləyə görə 9 milyard dollar ödəməlidir.

Bu barədə London Yüksək Məhkəməsi qərar verib. Həmin məbləğ Nigeriyanın 2019-cu il üçün dövlət büdcəsinin gəlirlərinin üçdə birini təşkil edir.

Məsələ belədir ki, 10 il əvvəl Nigeriya hökuməti həmin şirkətlə təbii qaz yatağında hasilata dair 20 illik müqavilə bağlayıb. Amma müqavilə üzrə demək olar heç bir iş görməyib. 2012-ci ilin yayında şirkət London məhkəməsinə müraciət edib. Məhkəmə şirkəti haqlı sayıb və Nigeriya hökumətinin 6.6 milyard dollar təzminat ödəməli olduğu haqda qərar çıxarıb. Lakin Nigeriya hökuməti qərarla razılaşmayaarq apellyasiya verib, nəhayət yüksək məhkəmə qərarı qüvvədə saxlayıb və həmin vaxtdan bəri hesablanmış faizləri də üstünə gələrək məbləği 9 milyard dollara çıxarıb. /Virtualaz.org