XƏBƏR LENTİ

17 Sentyabr 2019

Digər Xəbərlər

18 Avqust 2019 - 14:52

Almaniyada Suriyaya tətilə gedənlər qaçqın statusundan məhrum edilə bilər –Almaniya DİN

Almaniya Daxili işlər naziri Horst Zeexofer tətil zamanı Suriyaya gedən suriyalıların qaçqın statusundan məhrum edilə biləcəyini bəyan edib.

H. Zeexofer “Bild am Sonntag” nəşrinə müsahibəsində deyib ki, əgər süriyalı qaçqın müntəzəm Suriyaya tətilə gedirsə, Suriyada təqibə məruz qaldığını iddia edə bilməz.

Daxili işlər naziri həmin suriyalıların qaçqın statusunun ləğv edilməli olduğunu vurğulayıb: “Miqrasiya Xidməti qaçqınların səfərlərini izləyəcək. Suriyada vəziyyətdən asılı olaraq biz onların deportasiyası ilə məşğul olacağıq”.

Qeyd edək ki, son illər Almaniyada 800 min nəfərdən çox suriyalı qaçqın statusu alıb. /APA