XƏBƏR LENTİ

21 Sentyabr 2019
20 Sentyabr 2019

Digər Xəbərlər

18 Avqust 2019 - 18:20

Cəbəllütarix ABŞ-ın xahişini qəbul etməyib –İran tankeri saxlanılmadı

Cəbəllütarix ABŞ-ın İrana məxsus “Grace 1” tankerinin saxlanılması barədə xahişini qəbul etməyib.

Cəbəllütarix hökuməti Avropa İttifaqı qanunvericiliyinə əsasən artıq tankerin saxlanılması üçün əsas olmadığını bəyan edib.

Qeyd edək ki, avqustun 15-də Cəbəllütarix Ali Məhkəməsi “Grace-1 ” neft tankerinin azad olunması haqqında qərar çıxarıb.

Xatırladaq ki, iyulun 4-də İran bayrağı altında üzən “Grace-1” neft tankeri Britaniya dəniz qüvvələrinin dəstəyi ilə Cəbəllütariq hökuməti tərəfindən saxlanılıb. Cəbəllütariq hökuməti İrana məxsus tankerin Avropa İttifaqının Bəşər Əsəd hökumətinə qarşı tətbiq etdiyi sanksiyaları pozaraq Suriyaya neft apardığını bəyan edib. 

İyulun 19-da isə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Donanması Hörmüz boğazında Britaniyanın “Stena impero” adlı neft tankerini beynəlxalq dəniz qaydalarına əməl etmədiyinə görə saxlayıb. /APA