XƏBƏR LENTİ

23 Sentyabr 2019

Digər Xəbərlər

20 Avqust 2019 - 21:39

Bəşər Əsəddən Moskvaya müraciət:"Suriyalıların çoxu rus dilini öyrənmək istəyir"

Suriya dövlət başçısı Bəşər Əsəd Rusiya Dövlət Dumasının deputatı Dmitri Sablinə Suriyada rus dili müəllimlərinin çatışmazlığı probleminin həllinə qoşulmağı, həmçinin bu ölkədə dil mərkəzi və ya kursları açmağı təklif edib.

Bəşər Əsəd suriyalıların çox hissəsinin rus dilini öyrənmək istədiyini vurğulayıb:

“Bu, suriyalılar üçün mühüm məsələdir. Valideynlər də istəyər ki, uşaqları Rusiyada təhsili davam etdirsinlər.

Biz anlayırıq ki, Rusiya Suriyanın bütün məktəblərinə müəllim göndərə bilmir. Suriyanın bütün əyalətlərində bu dili öyrədən mərkəzlərin yaradılması məsələsinə baxmaq və ya suriyalılar üçün kurslar açmaq mümkündür”.

Suriya lideri rus dilinin öyrənilməsinin ərəb ölkələrində əhəmiyyətli problemlərin həllinə imkan yaradacağını, vahhabizm və terror ideyalarının məhvinə, barışığa gətirəcəyinə inandığını bildirib/Teleqraf.com.