XƏBƏR LENTİ

17 Sentyabr 2019

Digər Xəbərlər

20 Avqust 2019 - 22:53

Trampdan diqqətçəkən addım –Pompeonun birinci müavini Rusiyaya səfir göndərilir

ABŞ prezidenti Donald Tramp dövlət katibinin birinci müavini Con Sallivanı Birləşmiş Ştatların Rusiyadakı yeni səfiri təyin etmək niyyətindədir.

Bu barədə “The New York Times” məlumat yayıb.

Nəşr bildirib ki, bu xəbəri administrasiyadakı mənbə təsdiqləyib. Qeyd edilir ki, Sallivan Amerika qanunvericiləri tərəfindən təsdiqi almalıdır.

Daha əvvəl Amerikanın bir neçə aparıcı KİV-i bildirib ki, ABŞ-ın Rusiya Federasiyasındakı səfiri Birləşmiş Ştatların Koreya Xalq Demokratik Respublikası üzrə xüsusi nümayəndəsi Stiven Biqen olacaq/Report.