XƏBƏR LENTİ

17 Sentyabr 2019

Digər Xəbərlər

21 Avqust 2019 - 09:00

Rusiya və Çin BMT-nin TŞ-ın iclasının çağırılmasını tələb edib –ABŞ-ın raket sınaqları ilə əlaqədar

Rusiya və Çin BMT-nin Təhlükəsizlik Şurasının iclasının çağırılmasını tələb edib.

Bu barədə Rusiyanın BMT yanında səlahiyyətli nümayəndəsi Dmitri Polyanski bildirib.

O, qeyd edib ki, buna səbəb ABŞ-ın raket sınaqlarıdır. Diplomatın sözlərinə görə, Birləşmiş Ştatlar orta və yaxın mənzilli raketlərin ləğvi haqqında müqaviləni pozub.

Növbədən kənar iclas bu gün axşam saat 22:00-da keçiriləcək.

Daha əvvəl bildirilib ki, Birləşmiş Ştatlar Orta və Yaxın Mənzilli Raketlərin Ləğvinə dair Müqavilə ilə qadağan olunmuş nüvə olmayan yerüstü qanadlı raketini sınaqdan keçirib. Sınaq avqustun 18-də baş tutub. /Report