XƏBƏR LENTİ

17 Sentyabr 2019

Digər Xəbərlər

21 Avqust 2019 - 09:35

ABŞ-ın İran üzrə nümayəndəsi:""Grace 1" tankerinin hərəkət istiqamətini izləyirik"

ABŞ bir müddət əvvə Suriyaya neft daşımaqda şübhəli bilinərək Cəbəllütariq boğazında saxlanılmış İran tankerininin hərəkət istiqamətini diqqətlə izləyir.

Belə bir açıqlama ilə brifinq zamanı ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk çıxış edib.

“İranın “Grace 1” tankerinin adı dəyişdirilərək “Adrian Darya” olub. Biz neftin SEPAH-ın Suriyadakı hərbi əməliyyatlarına dəstək məqsədilə istifadə edilmədiyinə əmin olmaq üçün gəminin yerdəyişməsini diqqətlə izləyirik”, – Huk belə deyib.

Qeyd edək ki, bazar ertəsi günü Dövlət Departamentinin mətbuat xidmətinin nümayəndəsi açıqlama verərək bildirib ki, ABŞ Yunanıstanı və digər Aralıq dənizi hövzəsi ölkələrini gəmi heyətinə köməklik göstərilməsinin nəticələri barədə xəbərdar edib. /APA