XƏBƏR LENTİ

17 Sentyabr 2019

Digər Xəbərlər

21 Avqust 2019 - 10:00

KXDR ABŞ-ı düşmənçilik siyasəti yürütməkdə ittiham edib:"Əgər gərginlik və ziddiyyət artsa, sülh olmayacaq"

Şimali Koreya rəsmiləri bildiriblər ki, ABŞ-ın düşmən siyasəti Koreya Xalq Demokratik Respublikasını (KXDR) özünün müdafiəsini gücləndirilməsi üzrə əks tədbirlər görməyə məcbur edir.

Bu barədə “Nodon sinmun” qəzeti məlumat yayıb.

“Əgər gərginlik və ziddiyyət artsa, münasibətlər yaxşılaşa bilməyəcək, konstruktiv dialoq və möhkəm sülh olmayacaq”, – qəzet hökumət rəsmilərindən sitat gətirib.

Həmçinin qeyd edilir ki, ABŞ-ın və Cənubi Koreyanın birgə təlimləri düşmənçilik nümunələrindən biridir.

“Beləliklə, Pxenyan milli müdafiə üçün lazım olan hazırlığa, sınağa və güclü vasitələri inkişaf etdirməyə məcbur edilib”, – söyləyib.

Daha əvvəl KXDR Cənubi Koreyanın ABŞ-la birgə hərbi təlimlər keçirməsini “ağılsızlıq” adlandıraraq, bunun nəticələrinin ağır ola biləcəyini qeyd edib. /Report