XƏBƏR LENTİ

13 Dekabr 2019

Digər Xəbərlər

21 Avqust 2019 - 11:31

Rodriqo Duterte:"Xarici gəmilər Filippin sularından keçmək üçün icazə almalıdır"

Filippin Prezidenti Rodriqo Duterte xəbərdarlıq edərək bildirib ki, bu ölkənin sularından icazəsiz keçən gəmilər bunun nəticəsini hiss edəcək.

Bu barədə “Manila Bulletin” qəzeti Prezidentin rəsmi nümayəndəsinə istinadla məlumat yayıb.

Nəşr qeyd edir ki, R.Dutertenin xəbərdarlığı bu yaxınlarda Çinin beş hərbi gəmisinin Tavi-Tavi əyalətinə daxil olan Sibutu adası yaxınlığından ölkə hökumətinə bildirmədən keçməsindən sonra səslənib. Həmin vaxt gəmilərin avtomatik eyniləşdirmə sistemini söndürdüyü güman edilir.

“Prezident bildirir ki, gələcəkdə baş verə biləcək anlaşılmazlıqdan yayınmaq üçün bu gündən başlayaraq Filippinin bütün ərazi sularından keçən gəmilər həmin addımı atmazdan əvvəl dövlət strukturlarını xəbərdar edərək müvafiq icazə almalıdır”, – deyə Prezidentin rəsmi nümayəndəsi Salvador Panelo bildirib.

S.Panelo təsdiq edib ki, xarici gəmilər icazəsiz şəkildə ölkənin sularından keçərsə, hakimiyyət orqanları Prezidentin əmrini yerinə yetirərək hərbi güc tətbiq edə bilər. Həmin gəmilər müvafiq qurumlar tərəfindən saxlanılaraq ölkə sularından çıxarılacaq.

Prezidentin nümayəndəsi əlavə edib ki, Çinin hərbi gəmilərinin ölkə sularından icazəsiz keçməsi dostluq addımı deyil və BMT-nin dəniz hüququ konvensiyasının pozulması deməkdir(azərtac).