XƏBƏR LENTİ

17 Sentyabr 2019

Digər Xəbərlər

21 Avqust 2019 - 14:02

Ermənistan Müdafiə Nazirliyinin rəsmiləri 45,6 min ABŞ dolları mənimsəyiblər- İstintaq aparılır

Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkənin Müdafiə Nazirliyində dələduzluq sxemini aşkarlayıb.

APA-nın “Armen Press”ə istinadən verdiyi xəbərə görə, dələduzluq sxemi nəticəsində Müdafiə Nazirliyinin bəzi rəsmiləri sənədləri saxtalaşdıraraq 20 milyondan artıq (45 570 ABŞ dolları) dram mənimsəyiblər.

Təhlükəsizlik Xidmətinin məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin bəzi rəsmiləri təchizatçılarla əlbir olaraq əsassız yüksək qiymətlərlə müqavilə imzalayıblar və adı qeyd edilməyən mal üçün 21,7 milyon dram əldə ediblər.

Dələduzluq sxeminin neçə nəfər tərəfindən həyata keçirildiyi bildirilmir.

Faktla bağlı istintaq aparılır.