XƏBƏR LENTİ

21 Sentyabr 2019
20 Sentyabr 2019

Digər Xəbərlər

21 Avqust 2019 - 16:43

ABŞ Boris Consonun rəfiqəsinə viza verməyib- Səbəb

ABŞ Böyük Britaniyanın baş naziri Boris Consonun rəfiqəsi Kerri Simondsa viza verməkdən imtina edib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Britaniya KİV-inin yazdığına görə, Krallığın hakim Mühafizəkarlar Partiyasında ictimaiyyətlə əlaqələr üzrə keçmiş direktor olan K.Simonds ABŞ-da fəaliyyət göstərən “Oceana” təbiəti mühafizə üzrə xeyriyyə təşkilatında işləmək məqsədilə ABŞ vizası üçün müraciət etsə də, amerikalı səlahiyyətlilər onun 1991-ci ildə özünü müstəqil elan etmiş Somalilend dövlətinə 2018-ci ildə səfər etməsi səbəbindən viza istəyini rədd ediblər. Qeyd edək ki, həmin səfər zamanı K.Simonds tanınmayan dövlətin başçısı Muse Bihi Abdi ilə görüşüb və onunla qadın hüquqları və okeanların çirklənməsi mövzularını müzakirə edib.

Qeyd edək ki, Somalilend dövləti Afrika Buynuzu yarımadasının şimal hissəsində, keçmiş Britaniya Somalisi koloniyasının ərazisində yerləşən və beynəlxalq ictimaiyyətin Somalinin bir hissəsi olaraq tanıdığı ərazidir.

Viza ilə bağlı vəziyyət həm də onunla çətinləşir ki, K.Simonds rəsmən B.Consonla evli olmadığından baş nazirin ofisinə müraciət də edə bilmir. Xatırladaq ki, B.Conson hələ də Marina Uiler ilə evlidir.

K.Simondsun özü, ABŞ diplomatik nümayəndəliyinin və Dauninq-stritin nümayəndələri məsələyə şərh verməkdən imtina edib.