XƏBƏR LENTİ

22 Noyabr 2019

Digər Xəbərlər

21 Avqust 2019 - 18:18

Si Cinpin xalqını Böyük Çin səddini mühafizə etməyə çağırıb

Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin xalqını Böyük Çin səddini mühafizə etməyə çağırıb.

Azərtac Rusiya mətbuatına istinadla xəbər verir ki, Si Cinpin bu barədə Böyük Çin səddinin Ciyuqan adlanan məşhur hissəsini ziyarət edərkən deyib.

Qeyd edək ki, Çin lideri əraziyə Qansu əyalətinin şimal-qərbinə səfəri zamanı baş çəkib.

Çinlilərin Vanli Çançen adlandırdıqları Böyük Çin səddi Min sülaləsi dövründə, ilk dəfə e.ə.221-ci ildə imperator Çin Şi-Xuandi tərəfindən cəmi on ilə tikilib. Sonralar bu müdafiə xəttinin tikintisi yüz illərlə davam etdirilib. Sarı dənizin Lyodun körfəzinin sahillərindən başlayıb, Çinin şimal sərhədləri boyunca uzanan və Qobi səhralarından keçən səddin ümumi uzunluğu 4250 kilometrdən artıqdır.