XƏBƏR LENTİ

18 Noyabr 2019
17 Noyabr 2019
16 Noyabr 2019

Digər Xəbərlər

21 Avqust 2019 - 20:55

ABŞ-ın MQ-9 tipli pilotsuz uçan aparatı vurulub- Yəməndə

ABŞ-ın adının çəkilməsini istəməyən nümayəndələri Amerikaya məxsus MQ-9 tipli pilotsuz uçan aparatının Yəmənin Damar əyaləti üzərində vurulması faktını təsdiqləyib.

Azərtac Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, bundan öncə Yəməndə fəaliyyət göstərən üsyançı “Ənsar Allah” hərəkatının tərəfdarları hava hücumundan müdafiə vasitələri ilə ABŞ-a məxsus kəşfiyyat-zərbə pilotsuz uçan aparatını vurduqları barədə məlumat yaymışdı.

MQ-9 pilotsuz uçan aparatı peyk vasitəsi ilə yerdən idarə olunur və müstəqil uçuşlar da həyata keçirə bilir. MQ-9 əsasən yerüstü hədəfləri məhv etmək üçün “AGM-114 Hellfire” raketləri, həmçinin lazer nişangahlı “GBU-12 Paveway II” və peyk vasitəsi ilə idarə olunan “GBU-38 JDAM” tipli yüksək dəqiqliyə malik bombalarla silahlanır.

“Ovçu-robot” kimi hazırlanan dronun uzunluğu 11 metr, qanadları ilə birgə eni isə 20 metrdir. Turbovintli mühərriki ona yükündən asılı olaraq fasiləsiz 14-41 saat havada qalmağa imkan verir. Pentaqon 2007-ci ilin may ayından başlayaraq Əfqanıstanda və İraqda, həmçinin Somalidə və Yəməndə bu uçan aparatlardan aktiv istifadə edir.

ABŞ Hərbi Hava Qüvvələrinin arsenalında hər birinin qiyməti 17 milyon dollar olan təxminən 200 ədəd MQ-9 mövcuddur.

Xatırladaq ki, Yəməndə 2014-cü ilin avqustundan başlayan silahlı münaqişəyə hələ də son qoymaq mümkün olmayıb. Münaqişənin bir tərəfində “Ənsar Allah” şiə qruplaşmasına məxsus husi üsyançıları, digər tərəfdə isə hökumət qüvvələri və prezident Mansur Hadiyə sadiq könüllülər iştirak edir. 2015-ci ilin mart ayında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyada da münaqişəyə cəlb olunub.