XƏBƏR LENTİ

21 Sentyabr 2019
20 Sentyabr 2019

Digər Xəbərlər

21 Avqust 2019 - 21:24

Rusiya məhbus ukraynalıları Kiyevə qaytara bilər –Ukraynaya göndəriləcək məhbuslar Lefortovoya köçürülüblər

Rusiya həbsxanalarında saxlanan 5 Ukrayna vətəndaşı cəzalarının qalanını Ukraynada çəkmək üçün Kiyevə transfer edilə bilər.

Interfax xəbər agentliyi və Kommersant qəzeti avqustun 21-də mənbələrə istinadən bildiriblər ki, Ukraynaya ötürülməsi nəzərdə tutulan beş məhbus artıq Rusiyanın müxtəlif şəhələrindəki həbsxanalardan Moskvaya gətirilib.

Kommersant qəzeti isə mənbəyə istinadən bildirib ki, ötən noyabrda Kerç boğazında Rusiya qüvvələri tərəfindən həbs edilmiş 24 Ukrayna dənizçisi də Ukraynaya verilə bilər.

Rusiya 24 Ukrayna dənizçisini və 3 Ukrayna gəmisini onun sərhədini qanunsuz keçməkdə ittiham edir.

Moskvada mənzillənmiş Memorial insan haqları mərkəzi bir gün əvvəl bildirmişdi ki, Rusiyada məhbus olan beş ukraynalı – Vladimir Balux, Stanislav Klix, Aleksandr Kolçenko, Pavel Qrib və Mikola Karpuk Rusiya ərazisindəki müxtəlif koloniyalardan Moskvadakı Lefortovo saxlanma məntəqəsinə köçürülüblər.

Birləşmiş Ştatlar və Avropa İttifaqı bundan əvvəl Rusiyanı bu ölkədə, ilhaq olunmuş Krımda və Ukraynanın separatçıların nəzarətində olan ərazilərində saxlanan onlarca Ukrayna vətəndaşının Ukraynaya qaytarılmasına çağırmışdı. (azadliq.org)