XƏBƏR LENTİ

17 Sentyabr 2019

Digər Xəbərlər

22 Avqust 2019 - 13:28

Hindistanın keçmiş naziri saxlanılıb –Korrupsiyaya görə

Hindistan polisi daha əvvəl ölkənin maliyyə naziri (1996-1997, 1997-1998, 2004-2008 və 2012-2014-cü illərdə) və daxili işlər naziri (2008-2012-ci illərdə) vəzifələrini tutan siyasətçi Palaniappan Çidambaramı saxlayıb.

Bu barədə NDTV telekanalı məlumat verib.

Telekanalın məlumatına görə, sabiq nazir korrupsiya və çirkli pulların yuyulması ilə bağlı iki epizodda ittiham olunur. Siyasətçi gecəni özünün daxili işlər naziri olduğu zaman açılan Mərkəzi İstintaq Bürosunun binalar kompleksində keçirib.

Bu gün sabiq nazirin məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

P.Çidambaram ünvanına yönəlmiş ittihamların siyasi motivli olduğunu söyləyir/Report.