XƏBƏR LENTİ

20 Noyabr 2019
19 Noyabr 2019

Digər Xəbərlər

23 Avqust 2019 - 13:48

Almaniya antisemitizmə qarşı mübarizə tədbirlərini gücləndirir –Komissiya yaradılır

Almaniya federal hökumətinin antisemitizmə qarşı mübarizə üzrə müvəkkili Feliks Klyayn antisemitizmə qarşı mübarizə və Avropa həyat tərzinin müdafiəsi üçün daimi komissiyanın yaradılması haqqında qərarı “antisemitizmə qarşı mübarizədə çox böyük əhəmiyyəti olan dönüş nöqtəsi adlandırıb”.

AZƏRTAC xəbər verir ki, komissiya həm federal, həm də əyalət səviyyəsində fəaliyyət göstərəcək. Bu qərar yəhudi icmaları liderlərinin federal Kansler Angela Merkel ilə görüşündən sonra hökumət tərəfindən qəbul edilib.

Klyaynın fikrincə, antisemitizmə qarşı mübarizə tədbirlərinin çoxu federal əyalətlərin səlahiyyətinə aiddir.

Antisemitizmə qarşı mübarizənin gücləndirilməsi zərurəti polis məlumatları statistikasının açıqlamaqından sonra yaranıb. Belə ki, məlumatlar Almaniyanın yəhudi əhalisi əleyhinə hücumların sayının artdığını göstərib.