XƏBƏR LENTİ

17 Sentyabr 2019

Digər Xəbərlər

23 Avqust 2019 - 15:37

Brüssel Avropa Sənaye Fondu yaradır –100 milyard avro ehtiyatla

Brüssel Avropa İttifaqının qlobal rəqiblərdən geri qaldığı strateji sahələrə vəsait ayırmaq üçün 100 milyard avro ehtiyata malik Sənaye Fondu yaratmaq niyyətindədir.

AZƏRTAC “Financial Times” qəzetinə istinadla xəbər verir ki, Brüsselin planlarına əsasən, gələcəyin Avropa Fondu (European Future Fund) “Google” və “Apple”, həmçinin dünyanın ən iri internet ticarəti platforması olan “Alibaba” kimi korporasiyalarla rəqabətə girə biləcək aparıcı sənaye qrupları və kompaniyalara investisiya ayırmaq üçün üzv-ölkələr tərəfindən maliyyələşəcək.

Layihə müəlliflərinin fikrincə, Avropa xaricində yerləşən kompaniyalar Avropa İttifaqının innovativ dinamikasına güclü zərbə endirməyə qadır misilsiz maliyyə vəsaitinə malikdir. Burada söhbət “Google”, “Apple”, “Facebook” və “Amazon”, habelə qlobal rəqəmsal sənayedə şərtlərini diktə edən “Baidu”, “Alibaba” və “Tencent” kimi texnologiya nəhənglərindən gedir.

“Avropada belə kompaniyalar yoxdur. Bu, iqtisadi artım, iş yerləri və Avropanın əsas strateji sektorlara təsiri üçün risk yaradır”, – Avropa İttifaqının sənədində belə deyilir.