XƏBƏR LENTİ

23 Sentyabr 2019

Digər Xəbərlər

23 Avqust 2019 - 21:45

Çin ABŞ mallarına rüsum tətbiq edəcək –10%

Çin hökumətinin yaxın günlərdə əlavə 10 faizlik rüsum tətbiq edəcəyi ABŞ malları arasında neft və soya da var.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, adıçəkilən məhsullar dərc olunan müvafiq siyahıda var.

Bir qədər əvvəl Çin Dövlət Şurası sentyabrın 1-dən və dekabrın 15-dən ölkənin idxal etdiyi 75 milyard dollarlıq ABŞ mallarına 10 faizlik və 5 faizlik əlavə rüsum tətbiq olunacağını açıqlamışdı. 10 faizlik rüsum tətbiq ediləcəyi məhsulların siyahısına göy soya paxlası, əkin üçün soya paxlası və s. soya çeşidləri, soya unu, habelə xam neft də var.