XƏBƏR LENTİ

23 Sentyabr 2019

Digər Xəbərlər

23 Avqust 2019 - 22:39

ABŞ “Deutsche Bankı” korrupsiyada ittiham edir

Almaniyanın “Deutsche Bank” bankı ABŞ Qiymətli Kağızlar Komissiyasına 16, 2 milyon dollar cərimə ödəməli olacaq.

Financial Times qəzetinin yazdığına görə buna səbəb bankın Rusiya vıə Çin məmurlarına yaxın adamları işə götürməsidir.

ABŞ tənzimləyicisinin qənaətinə görə bu, Almaniya bankına sözü gedən ölkələrdə sərfəli kontraktların alınmasında kömək edirdi.

ABŞ Qiymətli Kağızalar Komissiyasının iddiasına görə, “Deutche Bank” nüfuzlu məmurların övladlarını 2006-2014-cü illər arasında işə qəbul edib.

Komissiyanın hesabatında belə işə götürmələrdən iki nümunə göstərilib.

Hesabatda deyilir ki, Rusiyanın dövlət şirkətlərindən birinin rəhbər işçisinin oğluna “Deutche Bank”ın London ofisində iş verilib. Lakin iki aydan sonra banka onun təqdimatını vermiş əməkdaş işdən çıxarılıb.

Bu da qeyd olunur ki, rusiyalı işə getmirdi, imtahan zamanı fırıldağa əl atmışdı və işlədiyi proqrama ciddi ziyan vurmuşdu.

“Deutche Bank”ın London filialının işçilərindən biri bu hadisəni “hər il rastlaşdığımız nepotizmin klassik nümunəsi” adlandırmışdı.

İkinci halda isə bank adı çəkilməyən nazirlikdə müavin işləyən şəxsin qızını işə götürmüş, daha sonra onu Britaniya filialına keçirmişdi.

ABŞ komissiyasının məlumatına görə bankın Rusiya filialının rəhbəri nazir qızının Moskvada saxlanmasına etiraz etmişdi. Həmin şəxs yazırdı:

“Biz bunu etməliyik. Biz onu Londona keçirməliyik, onu burada Moskvada saxlamaq siyasi cəhətdən düzgün deyil”.

Hesabatda bildirilir ki, sözü gedən qızın Londonda işə göndərilməsindən 10 gün sonra həmin nazir müavini bankın 2 milyard avroluq istiqraz buraxmasına razılıq verib.

Bundan sonra bankın əməkdaşı nazir müavininin ailəsi ilə birlikdə məzuniyyıətə gedib. Bu məzuniyyət zamanı balıq ovu və helikopterdə uçuş təşkil olunmuşdu.

“Deutsche Bank” ABŞ komissiyasının ittihamlarına şərh verməyib.

ABŞ-ın Qiymətli Kağızlar Komissiyası ABŞ-da işləyən xarici şirkətlərin antikorrupsiya qanunlarına əməl etməsinə nəzarət edir. (azadliq.org)